“TED Talk”

“TED Talk”
11 May 2018 13:31 | Baxılıb: 482

   22.04.2018 il tarixdə gənc müəllim Nurlana Axundovanın “TED Talk” silsiləsindən “Depressiyadan qətiyyətliliyə doğru” adlı təqdimatı həyata keçirildi. Nurlana xanım depressiya haqqında şəxsi və nəzəri fikirlərini paylaşmış, dünyada, eləcə də Azərbaycanda depressiyadan əziyyət çəkən insanların statistik göstəriciləri ilə müəllim heyətini məlumatlandırmışdır. Müasir dövrdə nəinki gənc, orta və yaşlı nəslin, həmçinin körpə uşaqların bu psixoloji durumdan əziyyət çəkdiyini nəzərə çatdıran gənc müəllim depressiv vəziyyətdən qurtulmaq üçün müxtəlif üsullardan bəhs etmişdir. Təqdimatın sonunda müəllim heyəti ilə birlikdə bu mövzuda müzakirələr aparılmışdır.

   

   24.04.2018 tarixində Dillər Məktəbinin gənc müəlliməsi Pərvinə Kərimova “Deyl Karnegi ve Özünü Təkminləşdirmə” mövzusunda ted talk teqdim etdi. Çıxışda Deyl Karneqinin “Dostları necə qazanmalı və insanlara necə təsir etməli” adlı kitabının şəxsi təcrübə əsasında insanların şəxsi və iş həyatına müsbət təsirindən danışılıb. Dinləyicilərə özünü təkminləşdirmə, kütləvi nitqlərdə özünə inam və münasibətlərdə qarşılıqlı anlayış əldə etməyin sirləri haqqında məlumat verilib. Sonda iştirakçılar qarşılıqlı fikir mübadiləsi əsasında çıxışı dəyərləndiriblər.

 

   26 Aprel, 2018-ci ildə gənc müəllim Kamandar Teymurzadənin “Televizor zorakılığı və onun bizə olan təsiri” haqqında təqdimatı dinlənildi. O, əsasən gün ərzində qəbul edilən məlumat və xəbərlər kimi, televizorun da həyatımızda müsbət və mənfi təsirlərindən danışdı. Kamandar müəllim həmçinin, televizorun gələcək nəsillər üçün necə təhlükəli ola biləcəyi haqqında da məlumat verdi.O bildirdi ki, uşaqlar televizorda zorakı hərəkətləri müşahidə edərkən, onların beynində kimyəvi dəyişikliklər baş verir. Təqdimatda ,gənc müəllim öz şəxsi təcrübəsini də əlavə etdi. Sonda həmkarlar ilə birlikdə mövzu haqqında müzakirə aparıldı.

 

 

    

 

 

Tələbə Həyatı


İmtahan birinciləri...

16.11.2018 tarixdə Dillər Məktəbində keçirilən semestr daxili payız imtahanında bəzi tələbələr oxu ətraflı oxu »

"Ted Talk"...

03.05.2018 tarixində Bakı Mühəndislik Universitetinin Dillər Məktəbində gənc müəllim Kəmalə Əhməd ətraflı oxu »

"Ted Talk"...

Bakı Mühəndislik Universiteti Dillər Məktəbinin müəllimi Günel Eyyubovanin 27.05.2018-ci il ətraflı oxu »