"Ted Talk"

"Ted Talk"
11 May 2018 16:47 | Baxılıb: 682

   Bakı Mühəndislik Universiteti Dillər Məktəbinin müəllimi Günel Eyyubovanin 27.05.2018-ci il tarixində “Əsl xoşbəxtlik nədir?” adlı TedTalk təqdimatı keçirildi.Təqdimat əsnasında o, BBC-nin "Real Happiness” (Gerçək xoşbəxtlik)adlı araşdırmasının nəticələrini ve mövzu barəsindəki öz şəxsi fikirlərini dinləyicilər ilə paylaşdı. Təqribən 30 dəqiqə davam edən nitqin ardınca mövzu ilə bağlı motivasiya edici video çarxla çıxışını tamamladı. Dinləyicilər təqdimat ilə bağlı fikirlərini bildirdilər və çıxışı yuksək qiymətləndirdilər.

 

27.04.2018 tarixində Dillər Məktəbinin müəllimi Günel Bayramovanın Ted Talk çıxışı baş tutdu. Onun mövzusu müxtəlif tələbə psixotipləri və onlar ilə pedoqoji və psixoloji şəkildə yanaşma üsullarını əhatə edirdi. O, öz nitqində müxtəlif növ nümunələr vasitəsilə bu mövzuda olan şəxsi təcrübəsini də izləyicilər ilə paylaşdı. Təqdimatın sonunda, müəllimlər öz təəssüratlarını və fikirlərini paylaşdılar.

 

01.05.2018 tarixdə müəllim Şəfəq Vəliyeva “Valideyn- Uşaq Münasibətləri” mövzusunda TED  çıxışını təqdim etmişdir. O, çıxışda xüsusilə bu münasibətlərin möhkəmləndirilməsini şərtləndirən mühüm ünsürləri diqqət mərkəzinə çatdırmışdır. Təqdimatdan sonra müəllim heyəti ilə birgə mövzuya müvafiq olaraq diskusiya aparılıb. 

 

 

Tələbə Həyatı


İmtahan birinciləri...

16.11.2018 tarixdə Dillər Məktəbində keçirilən semestr daxili payız imtahanında bəzi tələbələr oxu ətraflı oxu »

"Ted Talk"...

03.05.2018 tarixində Bakı Mühəndislik Universitetinin Dillər Məktəbində gənc müəllim Kəmalə Əhməd ətraflı oxu »

"Ted Talk"...

Bakı Mühəndislik Universiteti Dillər Məktəbinin müəllimi Günel Eyyubovanin 27.05.2018-ci il ətraflı oxu »