"Ted Talk"

"Ted Talk"
11 May 2018 17:02 | Baxılıb: 720

   03.05.2018 tarixində Bakı Mühəndislik Universitetinin Dillər Məktəbində gənc müəllim Kəmalə Əhmədli “İçimizdəki uşaqlıq” adlı Ted Talk silsiləsindən öz çıxışını təqdim etmişdir. Kəmalə Əhmədli daxili uşaqlığın şüuraltı anlamı, onun ruhumuza təsiri və həyatımızı canlandırması haqqında danışaraq, maraqlı şəkillər nümayiş etdirmişdir. Sonda digər müəllimlər mövzu haqqında öz fikirlərini bildirirərək müzakirəyə davam etmişdilər.

 

  04.05.2018 tarixdə müəllim Türkan Əliyanın “Xoşbəxt uşağı necə böyütmək olar?” adlı Ted Talk təqdimatı dinlənilmişdir. O, qeyd etmişdir ki, valideyn və uşaqların cəmiyyətdə rolunun dəyişməsinə baxmayaraq hər bir valideynin məqsədi xoşbəxt uşaq yetişdirməkdir. Gənc müəllim bildirdi ki, bir valideyn olaraq hər birimiz uşağımızın xoşbəxt böyüməsini istəyirik. Bunun üçün biz uşaqlarımıza öz həqiqi kimliklərini  tapmağa kömək etməli, uşaqlarımıza ailə üçün dəyərli olduğunu hiss etdirməli, uşaqların əldə etdiyi nəticədən çox göstərdiyi cəhdi qiymətləndirilməliyik. Təqdimatın sonunda müəllimlər ilə birgə müzakirələr aparıldı. 

 

  30 aprel tarixinde Dillər Məktəbinin müəllimi Çİnarə Hüseynlinin “ Həyat bizə nə öyrədir” adlı Ted Talktəqdimatı olmuşdur.  Gənc müəllim təqdimatı zamanı öz şəxsi təcrübələrini müəllim heyeti ilə paylaşaraq həyatın bizə nə öyrətdiyi, qarşıya çıxan çətinliklərlə necə mübarizə aparmaq lazım gəldiyi barədə yaddaqalan çıxış etmişdir. Sonda isə digər müəllimlər ilə fikir mübadiləsi olmuşdur.

 

 

 

Tələbə Həyatı


İmtahan birinciləri...

16.11.2018 tarixdə Dillər Məktəbində keçirilən semestr daxili payız imtahanında bəzi tələbələr oxu ətraflı oxu »

"Ted Talk"...

03.05.2018 tarixində Bakı Mühəndislik Universitetinin Dillər Məktəbində gənc müəllim Kəmalə Əhməd ətraflı oxu »

"Ted Talk"...

Bakı Mühəndislik Universiteti Dillər Məktəbinin müəllimi Günel Eyyubovanin 27.05.2018-ci il ətraflı oxu »